85 vəkilliyə namizəd icbari təlimə buraxılıb

85 vəkilliyə namizəd icbari təlimə buraxılıb
  01 May 2019    Oxunub:1418
Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 101 nəfər vəkilliyə namizəd peşə yararlılığının yoxlanılması məqsədilə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak edib.
Vəkillər Kollegiyasından Azvision.az -a bildiriblər ki, imtahanın nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 85 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb. İcbari təlimin başlanma tarixi barədə vəkilliyə namizədlərə daha sonra ətraflı məlumat veriləcək.

İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaq. Həmçinin namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə keçəcəklər.

Azvision.az


Teqlər: Vəkil  





Xəbər lenti