Bu gündən qazın qiyməti yeni tariflə hesablanacaq

Bu gündən qazın qiyməti yeni tariflə hesablanacaq
  01 May 2019    Oxunub:2845
Azərbaycanda təbii qazdan istifadəyə görə tətbiq ediləcək yeni tarif bu gündən qüvvəyə minir.

Azvision.az xəbər verir ki, mayın 1-dən başlayaraq ölkə üzrə təbii qazın illik istifadə limiti 1700-dən 2200 kubmetrədək artırılıb.
Tarif Şurasının qərarına əsasən, ilin əvvəlindən 1700 kubmetrlik qaz limitini keçənlərin hesabları sıfırlanacaq. Əlavə olaraq, 300 min abonent (1,2 milyondan çox vətəndaş) yeni güzəştlərdən istifadə edəcək. Ümumilikdə isə, əhalinin 85 faizi güzəştli tariflərdən yararlanacaq.

Qeyd edək ki, ötən gün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı əhali qrupu üzrə təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə artırılıb.

Azvision.az



Teqlər: Qaz   Limit   tarif  





Xəbər lenti