Qeyri-neft istehsalı 2% artıb

Qeyri-neft istehsalı 2% artıb
  21 Noyabr 2013    Oxunub:1561
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda sənaye sahəsində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz artaraq 28 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənayenin qeyri-neft bölməsində məhsul istehsalı 2 faiz, neft bölməsində isə 1 faiz artıb.

Məhsul istehsalının 74,4 faizi mədənçıxarma, 19,9 faizi emal, 5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinə aid olub.

Sahə üzrə məhsulun 81,4 faizi özəl bölmədə istehsal edilib, ümumi istehsalın 93,2 faizi sənaye mallarının (əmtəələrin), 6,8 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına formalaşıb.


Teqlər:





Xəbər lenti