“Formula 1” tamaşaçılarını yeni sürprizlər gözləyir

“Formula 1” tamaşaçılarını yeni sürprizlər gözləyir
  28 Aprel 2019    Oxunub:2592
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisi 2019 yarışının açılışı əvvəlkilərdən fərqli formada baş tutacaq.
Azvision.az -ın məlumatına görə, saat 15:40-da başlayacaq açılışda əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim olunacaq.

Daha sonra himn mərasiminə start veriləcək. Mərasimdə Azərbaycan dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjmanında səsləndiriləcək. Himn mərasimində Azərbaycan Respublikası hökumətinin yüksək rəsmiləri, Formula 1 şirkətinin rəhbərliyi və pilotlar iştirak edəcəklər. Pilotları “Gələcəyin ulduzları” adlanan azyaşlılar müşayiət edəcəklər.

Himni respublikanın əməkdar artistləri Bəyimxanım Vəliyeva ilə Nurlan Növrəsli birlikdə müvafiq olaraq muğam və klassik üslüblarında ifa edəcəklər. Onları tarda əməkdar artist Şəhriyar İmanov, nağarada əməkdar artist Kamran Kərimov, voilonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət edəcəklər. İfaçılar xalq və klassik üslublarına aid geyimdə olacaqlar.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər:





Xəbər lenti