İşəgötürənlər üçün maarifləndirmə tədbiri keçirilib
əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin məzmunu və quruluşu, forması, bu müqavilənin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası, müddətli əmək müqaviləsi bağlanan hallar və s. barədə işəgötürənlərə ətraflı məlumat verilib. Əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları da diqqətə çatdırılıb.
Qeyri-rəsmi məşğulluğun mənfi nəticələri barədə də izahat verilib. Əmək münasibətlərinin qeyri-leqal şəkildə həyata keçirilməsinin işçilərin sosial-əmək hüquqlarının ciddi şəkildə pozulmasına, vergi, sosial sığorta və digər məcburi ödəmələrin yerinə yetirilməməsinə səbəb olduğu vurğulanıb.
Azvision.az
Teqlər: ƏƏSMN