Hacıqabulda avtobus zavodunun təməli qoyuldu - FOTOLAR
Bildirilib ki, zavodda avtobus və yük avtomobilləri istehsal ediləcək. Layihənin ümumi dəyəri 10 milyon avrodur. İlkin mərhələdə 6, ikinci mərhələdə isə 4 milyon avro vəsait ayrılacaq. Birinci mərhələdə 500 ədəd avtobus və yük avtomobili istehsal olunacaq, ikinci mərhələdə bu rəqəm 1000-ə çatdırılacaq.
Kompleksin ərazisi 5 hektardır. Zavodda birinci mərhələdə 100, ikinci mərhələdə 200 işçi çalışacaq. Texnologiya və avadanlıqlar İsveç, Türkiyə və Almaniyadan gətiriləcək.
Bir avtobusun dəyəri 135-200 min avro, bir yük avtomobilinin dəyəri isə 70-90 min avro olacaq. Satış bazarları MDB ölkələri, Orta Asiya, İran və Pakistandır.
Qeyd edək ki, hazırda Hacıqabul Səmayə Məhəlləsində İran və Azərbaycan nümayəndələri arasında ikitərəfli görüşlər keçirilir.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Hacıqabul Zavod Avtobus