Baba Rzayev Türkiyə səfiri ilə görüşüb

Baba Rzayev Türkiyə səfiri ilə görüşüb
  17 Aprel 2019    Oxunub:2160
Baba Rzayevin başçılıq etdiyi “Azərenerji” ASC-nin nümayəndə heyəti ilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub.
“Azərenerji” ASC-dən Azvision.az -a verilən məlumata görə, “KEP İnternational Trade and Representation” şirkətinin baş direktoru Halim Neyzinin və həmin şirkətin məsləhətçisi Nülənd Çilingirin də iştirak etdiyi görüşdə Azərbaycanda yeni generasiya güclərinin yaradılması, Yaşma ərazisində tikilməsi nəzərdə tutulan 1000 MVt-lıq yeni elektrik stansiyası layihəsinə xarici investorların, o cümlədən türk şirkətlərinin cəlb edilməsi mövzusunda müzakirələr aparılıb.

Azvision.az


Teqlər: Azərenerji  





Xəbər lenti