Kompensasiya ala bilməyənlərin şikayətinə baxılacaq - Siyahı artıq hazırdır
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətinin rəhbəri Elşən Allahverdiyev Azvision.az -a bildirib ki, siyahı artıq bazada yerləşdirilib.
Qeyd edək ki, məlumatın toplanması ilə əlaqədar bəzi vətəndaşlar təzminatın məbləğini müəyyən edə bilmirdi. Bu gündən etibarən fiziki şəxslər təkcə təzminat barədə deyil, həmçinin onlar kreditlərinin restrukturizasiyası barədə məlumat ala biləcəklər. Problemli kreditlər barədə məlumatlar müştərilərin kredit götürdüyü banklara ötürüləcək.
Aytən Zəhra
Azvision.az