ABŞ-ın müttəfiqləri Tehrana məxfi təklif edib – İran kəşfiyyatı
“ABŞ-ın müttəfiqləri biləndə ki, səs-küy salmasına rəğmən Tramp (ABŞ prezidenti) heç bir şey edə bilməyəcək, onlar İranla məxfi danışıqlar üçün təklif göndərdilər” - Mahmud Ələvi vurğulayıb. Lakin söhbətin konkret hansı məxfi danışıqlardan getdiyinə aydınlıq gətirməyib.
İran kəşfiyyatının rəhbəri ABŞ prezidenti Donald Trampın İran İnqilabı Keçikçiləri Korpusunu terror təşkilatları siyahısına salmasına da toxunaraq bildirib ki, belə “ağılsız addıma” cavab olaraq İran xalqı İnqilabı Keçikçiləri ilə həmrəylik nümayiş etdirməklə, Trampa şillə vurub. Ələvinin sözlərinə görə, ABŞ-ın bu cür tədbirləri əks-effekt verərək İran silahlı qüvvələrininn birliyini daha da gücləndirib.
Leyla Elbrusqızı
Azvision.az