Azərbaycan Latviyaya fındıq və nar satacaq
Missiya çərçivəsində Azərbaycan sahibkarları latviyalı həmkarları ilə görüşlər keçiriblər, məhsul ixracının genişləndirilməsinə dair müzakirələr aparıblar. Belə ki, Azərbaycanın "Azhazelnut" və Latviyanın "Alisco" şirkətləri arasında 250 min dollar dəyərində fındığın Latviyaya ixracına dair müqavilə imzalanıb.
Azərbaycanın “Mars Fk” və Latviyanın “Auglu Serviss” şirkəti arasında nar məhsulunun ixracına dair ilkin razılıq əldə olunub. Bununla yanaşı, Azərbaycanın “Crispa snacks” şirkəti Hindistan və Latviya şirkətləri ilə, “Delta Qrup” şirkəti Hindistanın “Sepmis Enterprises”, “Farko” şirkəti Latviyanin “Leversa”, “Şərq Ulduzu” şirkəti "Maxima" supermarketler şəbəkəsi, “Twins Tramp”, “Dagamba” şirkətləri, "Aspi Agro" şirkəti Latviyanın “Vina Medneks" şirkəti, “Brightman BMC” şirkəti isə şirkəti “Sky” supermarketi ve Budda Bura şirkəti ilə məhsulların ixracına dair müzakirələr aparıblar.
Azərbaycanın “Turizm.az” şirkəti latviyalı tərəfdaşları ilə turizm xidmətlərinin ixracının artırılması məqsədi ilə oktyabr ayında turist qrupunun ölkəmizə səfərinin təşkili ilə bağlı razılığa gəlib.
Azvision.az
Teqlər: Latviya Azərbaycan