Elinanın ölümündə günahkar kimdir? - VİDEOSORĞU

Azvision.az mövzunun aktuallığını nəzərə alaraq, bu sualla şəhər sakinləri arasında sorğu keçirib. Respondentlər cəmiyyətdə rezonans doğuran intihar hadisəsinə öz münasibətlərini bildiriblər.
Qeyd edək ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib.
Şahanə Rəhimli
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov
Azvision.az