"Breyn Rinq” izlə, “Nar”-dan hədiyyə qazan!
Qeyd edək ki, “Breyn Rinq” bilik müsabiqəsində respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir. Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctima Televiziyada yayımlanır. İntellektual oyunun qalibi iyun ayında məlum olacaq və qalib komanda “Nar” kubokunun sahibi olacaq.
Qeyd edək ki, “Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir.
Ətraflı məlumatı https://www.facebook.com/Narofficial hesabından əldə etmək mümkündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Azvision.az
Teqlər: Nar