2025-ci ilə qədər 31 DOST mərkəzi yaradılacaq
ƏƏSMN-dən Azvision.az -a verilən məlumata görə, bunu DOST Agentliyinin Təhlil və statistika departamentinin direktor müavini Şahin Zülfüqarov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Ağstafa rayonunda keçirilən “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III regional forumdakı çıxışında bildirib.
Forumda ayrı-ayrı rayonların İcra Hakimiyyətləri başçıları, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndləri, bölgənin sahibkarları iştirak ediblər.
Ş.Zülfüqarov DOST konsepsiyası, missiyası, əhaliyə göstəriləcək xidmətlər, regionlarda açılacaq DOST mərkəzləri və onların kateqoriyaları barədə məlumat verib. Qeyd edilib ki, ilk “DOST” mərkəzinin yaradılması işləri başa çatır və yaxın vaxtlarda Bakı şəhəri, Yasamal rayonunda açılışı olacaq. 2019-25-ci illərdə Bakı və regionlar üzrə 31 belə mərkəz yaradılacaq.
Azvision.az