“Eurovision-2019” təmsilçimiz İsraildə
Qeyd edək ki, “Eurovision” təşkilatçılarının tərtib etdiyi builki konsepsiya “Arzulamağa qərar ver: rəqs et”dir. Konsepsiyaya əsasən Çingiz Mustafayev də daxil olmaqla çəkilişlər üçün müxtəlif ölkələrin təmsilçiləri İsrailin mədəni rəngarəngliyini biruzə verən, təkrarolunmaz məkanlarına gəlir və mütləq rəqs edirlər.
Uzun zamandır İsrailə səfər etməyi arzulayan təmsilçimiz gəzib görmək istədiyi yerlərin çox olduğunu bildirib. Ç.Mustafayevin çəkilişlər üçün seçdiyi məkan isə İsrail və Azərbaycan dostluğu ilə yanaşı müsabiqə iştirakçılarının birliyini də nümayiş etdirəcək:
“Mən İsrailə səfər üçün hazırlaşmışdım, bu mənim üçün vacib səfərdir. Ümid edirəm ki, görmək istədiyim bütün məkanları ziyarət edə biləcəyəm. Təəssüratlarımı isə mütləq eksklüziv olaraq video bloqumda sizinlə paylaşacağam.”
Qeyd edək ki, Çingiz Mustafayev Tel-Əvivdə baş tutacaq “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarımfinalda 18-ci nömrə ilə təmsil edəcək.
Azvision.az
Teqlər: