“Shamkir Chess 2019” superturnirinə yekun vurulub

“Shamkir Chess 2019” superturnirinə yekun vurulub
  09 Aprel 2019    Oxunub:1766
Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirinə aprelin 9-da yekun vurulub.
Azvision.az xəbər verir ki, sonuncu - doqquzuncu turda Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakin, Teymur Rəcəbov isə çexiyalı David Navara ilə heç-heçə edib.

Səkkizinci turda vaxtından əvvəl dünya çempionluğunu təmin edən Maqnus Karlsen sonuncu partiyada Aleksandr Qrişuku məğlub edib. Doqquzuncu turun digər oyunları heç-heçə başa çatıb.

Yekun nəticəyə görə, Maqnus Karlsen 7, Dinq Liren və Sergey Karyakin 5, Aleksandr Qrişuk, Vişvanatan Anand və Teymur Rəcəbov 4,5, David Navara, Veselin Topalov 4, Şəhriyar Məmmədyarov 3,5, Aniş Giri isə 3 xal toplayıblar.

Xatırladaq ki, norveçli dünya çempionu 2014-cü, 2015-ci və 2018-ci illərdə də turnirin qalibi olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov çempion adını qazanıb.

Azvision.az



Teqlər:





Xəbər lenti