Rövşən Rzayev qəbul keçirib

Rövşən Rzayev qəbul keçirib
  09 Aprel 2019    Oxunub:1936
Aprelin 9-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən qəbula yazılmış vətəndaşları fərdi qaydada qəbul edib.
Komitdən Azvision.az -a verilən məlumata görə, onların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, status və digər məsələlərlə bağlı olub. Məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib.

Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür, Bakıda və regionlarda yeni yaşayış kompleksləri inşa edilir. Bir neçə gün əvvəl paytaxtın Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınmış növbəti kompleksin açılışı olub. Buradakı mənzillərə hələ də ağır şəraitdə yaşayan ailələr birinci növbədə köçürüləcəklər.

Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.
Dövlət Komitəsində qəbulda olan vətəndaşlara bildirilib ki, onların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.


Azvision.az


Teqlər: Rövşən-Rzayev  





Xəbər lenti