Ramin Hacılı azadlığa buraxıldı

 Ramin Hacılı azadlığa buraxıldı
  09 Aprel 2019    Oxunub:2591
QHT rəhbəri Ramin Hacılı azadlığa buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında məlumat yayıb.

Xatırladaq ki, R.Hacılı 2018-ci ilin iyunun 4-də ölkədən qaçmaq istəyərkən saxlanılmış, ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq), eləcə də, Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddələri ilə ittiham irəli sürülmüşdü.

Azvision.az



Teqlər: Ramin-Hacılı  





Xəbər lenti