Futbol klubları və oyunçular vergidən azad edildi
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Bakıda keçiriləcək Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA-nın, onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident futbol klublarının (assosiasiyalarının) həmin oyunla bağlı əldə etdiyi gəlirlər vergidən azad olunan gəlirlərin siyahısına daxil edilib.
Bundan başqa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək 2020-ci il Avropa çempionatının oyunları ilə əlaqədar UEFA, onu təmsil edən və onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident futbol klublarının (assosiasiyalarının) çempionatla bağlı əldə etdiyi gəlirlər də vergidən azad edilir.
Məcəlləyə təklif edilən dəyişikiklə Avropa Liqasının final oyunu və Avro-2020-nin oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlərin görülməsi, qeyri-rezident futbol klublarının oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirlər gəlir vergisindən azad olunur.
Qanun oyunların keçirildiyi müddətdə - 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədə olacaq.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Milli-Məclis