“Bir adam təklif etmədi ki, ƏDV götürülsün!” - Fazil Mustafa

   “Bir adam təklif etmədi ki, ƏDV götürülsün!” -    Fazil Mustafa
  09 Aprel 2019    Oxunub:3710
“Prezident mədəniyyət işçiləri ilə görüş keçirdi. Dövlət başçısı dedi ki, mədəniyyətin, ədəbiyyatın problemləri ilə bağlı danışın. Onların çoxu öz atalarına heykəl xahiş etdilər, televiziyaya çıxmaları ilə bağlı danışdılar. Bir adam təklif etmədi ki, kitabla bağlı olan 18 faizlik ƏDV götürülsün. Türkiyə və Gürcüstan bunu götürüb”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

“Azərbaycanın nomenklaturada olmayan şairlərindən biri Musa Yaqubdur. Hazırda onun vəziyyəti ağırdır. Müsahibəsində deyir ki, müalicəyə göndərən yoxdur. Mən demirəm ki, niyə Musa Yaqub, Ramiz Rövşən xalq şairi deyil? Bunları bir tərəfə qoyuram. Biz ölkə üçün xeyri olmayan adamlara dəstək veririk. Dəstək verilən insanların arasında fayda verənlər də var. Biz yaradıcı insanlarımıza dəyər verməliyik”, - deyə F.Mustafa vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Fazil-Mustafa  





Xəbər lenti