Energetika Nazirliyində xətalarla bağlı 46 işə baxılıb
Rüb ərzində Quba, Mingəçevir, İmişli, Şabran, Qazax, Şəki və digər bölgələrdə aparılmış yoxlamalara əsasən, elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 11 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 9 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib.
Bundan əlavə, elektrik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə 2 iş üzrə, elektrik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılmasına görə isə 2 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib və bütün qərarların “ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin edilib.
Azvision.az
Teqlər: Energetika