“Bizi ilk təbrik edən Prezident və Mehriban xanım oldu” - 10 milyonuncu sakinin ailəsi

  “Bizi ilk təbrik edən Prezident və Mehriban xanım oldu” -   10 milyonuncu sakinin ailəsi
  08 Aprel 2019    Oxunub:5112
“Müxtəlif şirkətlərdən bizə zəng edib, nəvəmin doğulması münasibəti ilə hədiyyələr təklif edirlər”
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın 10 milyonuncu sakininin nənəsi Əsmər Mustafayeva deyib. Onun sözlərinə görə, körpənin hazırda vəziyyəti yaxşıdır və ailənin qərarı ilə ona Mehriban adı qoyulub.

“Uşaq hələ xəstəxanadadır. Həkimi ilə əlaqə saxlamışıq, vəziyyəti yaxşıdır. Ona Mehriban adının qoyulması ailəmizin qərarıdır. Bizi ilk təbrik edən Prezident və Mehriban xanım oldu. Birinci xanımın şərəfinə nəvəmə onun adını verdik. Müxtəlif yerlərdən bizə zənglər olur. Ağdamın İcra Hakimiyyətindən də zəng eləmişdilər. Şirkətlər hədiyyələr təklif edirlər. Arzu edirəm ki, nəvəm dövlətimizə, xalqımıza xeyirli övlad olsun".

Körpənin atası Rauf Həsənov qızının Azərbaycanın 10 milyonuncu vətəndaşı olduğuna görə qürur hiss keçirdiyini deyib.



"Sevincimin həddi-hüdudu yoxdur. Bu, mənim ilk övladımdır. Allah bütün körpələri qorusun. Nə vaxtsa təsəvvür edə bilməzdim ki, mən 10 milyonuncu sakinin valideyni olaram. Göstərdiyi diqqətə görə dövlət başçısına və birinci xanıma təşəkkürümü bildirirəm"

Qeyd edək ki, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. Bu münasibətlə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və körpənin valideynlərini təbrik ediblər.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: 10milyon  





Xəbər lenti