"Shamkir Chess 2019" - Azərbaycan şahmatçılarından heç-heçə
Hazırkı dünya çempionu norveçli Maqnus Karlsen isə Hollandiya təmsilçisi Aniş Girini məğlub edib.
David Navara (Çexiya) - Sergey Karyakin (Rusiya) – 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Aniş Giri (Hollandiya) – 1:0
Vişvanatan Anand (Hindistan) - Alekandr Qrişuk (Rusiya) – 0,5:0,5
Teymur Rəcəbov (Azərbaycan) - Veselin Topalov (Bolqarıstan) – 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Dinq Liren (Çin) – 0,5:0,5
Yeddi turun nəticəsinə görə, Maqnus Karlsen 5 xalla birinci, Sergey Karyakin 4,5 xalla ikinci pillədə qərarlaşıb. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3.5 xalla 3-8-ci yerlərdədirlər. Şəhriyar Məmmədyarov 2,5 xalla 9-cu, Aniş Giri isə 2 xalla 10-cu sıradadır. Turnirə aprelin 9-da yekun vurulacaq.
Azvision.az
Teqlər: Şahmat