Qadın cüdoçumuz Antalyada qızıl medal qazandı

Qadın cüdoçumuz Antalyada qızıl medal qazandı
  08 Aprel 2019    Oxunub:1921
Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Türkiyənin Antalya şəhərindəki Qran-Pridə qızıl medal qazanıb.
Azvision.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 78 kiloqram çəki dərəcəsində mübarizə aparan İrinanın rəqibi braziliyalı Beatris Souzan olub.

Qeyd edək ki, Qran-Pridə Rüstəm Orucov (73 kq) gümüş, Gültac Məmmədəliyeva (72 kq) və Elmar Qasımov (100 kq) bürünc medal qazanıblar.

Azvision.az



Teqlər: Cüdo  





Xəbər lenti