Azərbaycan Səudiyyə ilə hərbi saziş imzaladı - FOTOLAR

Azərbaycan Səudiyyə ilə hərbi saziş imzaladı -  FOTOLAR
  07 Aprel 2019    Oxunub:6238
Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov bu ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə ölkələrimizin orduları arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, "Azərbaycan Respublikası hökuməti və Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş" imzalanıb.









Azvision.az





Teqlər: Azərbaycan   Müdafiə-Nazirliyi   Səudiyyə  





Xəbər lenti