ABŞ-la Türkiyə arasında Qarabağ danışığı

ABŞ-la Türkiyə arasında Qarabağ danışığı
  19 Noyabr 2013    Oxunub:924
"Ümid edirəm ki, Kipr və Qarabağ kimi dondurulmuş münaqişələr yaxın vaxtlarda həll ediləcək. ABŞ və Türkiyənin Qarabağ məsələsinə eyni mövqedən baxmasından məmnunam".
Bunu ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu deyib. ANS PRESS-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, nazir Vaşinqtonda Dövlət katibi Con Kerri ilə görüşdə keçirib. Daha sonra Davudoğlu və Kerri 45 dəqiqiləlik mətbuat konfransı keçirib.

O, Dağlıq Qarabağ probleminin qısa zaman ərzində həll edilməsini və bunun Qafqaza sülh gətirəcəyini umduğunu ifadə edib.
XİN rəhbəri İlham Əliyevlə Serj Sarkisyan arasındakı görüşün uğurlu olmasını arzu etdiyini deyib.

C.Kerri Türkiyə ilə aylardır Kipr və Qarabağ münaqişələrini müzakirə etdiklərini deyib. "Bütün tərəfləri ortaya çıxan fürsətləri dəyəndirməyə və geniş görüşlərə başlamağa çağırırıq. Son 72 saat ərzində həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistanın dövlət başçısı Serj Sarkisyanla əlaqəm olub. Qısa zamanda bir araya gələcəklər". Kısa süre içinde bir araya geliyorlar.

İki dövlət rəsmisi Suriya, İranın nüvə proqramı, İraq,ikitərəfli münaisbətlər, dondurulmuş münaqişələr və sairə ilə bağlı bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını deyiblər.


Teqlər:  





Xəbər lenti