Ukrayna XİN Qərbə xəbərdarlıq edib

Ukrayna XİN Qərbə xəbərdarlıq edib
  06 Yanvar 2025    Oxunub:478
Ukrayna xarici işlər naziri Andrey Sbiqa Avropa ölkələi və ABŞ-yə xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.

"İndi Ukraynanın tərəfdaşlarının axsaması və ya yorulması vaxtı deyil. Zəiflik, fundamental məsələlərdə güzəştlər Avropa ölkələri və ABŞ-yə də zərər verəcək", - nazir qeyd edib.

Sbiqa vurğulayıb ki, sülhə gedən yol Ukraynanı gücləndirməkdən gedir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl müharibənin 2025-ci ildə bitəcəyinə ümid etdiyini bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti