Ombudsman əməkdaşları Bayram Məmmədovla görüşüb
MPQ üzvlərinin iştirak etdiyi başçəkmə zamanı saxlanma şəraiti ilə bağlı müəssisənin kameralarına, gəzinti, görüş yerlərinə və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.
MPQ üzvləri tərəfindən rəftar məsələlərinin araşdırılması ilə bağlı burada saxlanılan bir sıra şəxslər, o cümlədən Bayram Məmmədov da qəbul edilərək konfidensial qaydada dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər, sənədləşmə araşdırılıb, habelə onların bir sıra müraciətləri yerində təmin edilib.
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib. Başçəkmənin yekunları ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət olunub.
Azvision.az
Teqlər: Ombudsman