"Diqlas" Ticarət Mərkəzi yenidən tikiləcək?

 "Diqlas" Ticarət Mərkəzi yenidən tikiləcək?
  05 Aprel 2019    Oxunub:9107
Bakı şəhəri, Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzinin yenidən tikilməsi qərarı onun sahiblərinə aiddir. Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir bildirib ki, binanın sökülüb-tikilməsi uzun vaxt aparır: "Buna görə sahibkarlara tövsiyyə odur ki, onlara təklif edilən ticarət mərkəzlərində fəaliyyətlərini bərpa etsinlər".

Qeyd edək ki, martın 26-da Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib. Hadisə nəticəsində ticarət mərkəzi ilə yanaşı bir sıra mağazalar yanaraq külə dönüb. Mütəxəssislər tərəfindən verilmiş rəyə əsasən, ticarət mərkəzi söküləcək.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   Diqlas  





Xəbər lenti