Süleyman Dadaşov küçəsi yenidən qurulub
Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinə aid 10 ədəd baxış qapağı yenisi ilə əvəz olunacaq, bundan başqa, küçədə sutkanın qaranlıq saatlarında işıqlandırmanı təmin etmək məqəsədi ilə 8 ədəd yeni işıq dirəyi quraşdırılacaq.
Daha sonra texnoloji ardıcıllığa uyun olaraq küçənin 3500 kv.m sahəsinə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək. İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Azvision.az