Xarici turizm nümayəndəlikləri ilə görüş keçirilib
Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov qeyd edib ki, Azərbaycan üçün prioritet istiqamət sayılan bazarların diversifikasiyası ATB üçün əhəmiyyətli rol daşıyır.
"Keçən ilin etibarən ATB 6 ölkədə nümayəndəliklərimizlə müqavilə imzalanıb. Bu ilin ilk aylarından başlayaraq ciddi şəkildə fəaliyyətə başlamışıq. Prosesi davamı olaraq daha 4 bazarda nümayəndə ofislərin açılması nəzərdə tutulub. Həmin bazarların seçilməsində Azərbaycana gələn turistlərin sayı, həmin bazarların məsafə cəhətdən Azərbaycana yaxın olması və gələcək potensialı nəzərə alınacaq".
Xatırladaq ki, 2018-ci ilin dekabrından Almaniyanın Frankfurt, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanın Ər-Riyad, Çinin Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində fəaliyyətə başlayan nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.
Aytən Zəhra
Azvision.az