“Tarixi ədalət də Azərbaycanın tərəfindədir” - İlham Əliyev

   “Tarixi ədalət də Azərbaycanın tərəfindədir” -    İlham Əliyev
  05 Aprel 2019    Oxunub:3677
"Burada yaşayış üçün ən yüksək standartlar yaradılıb. Bu, bir daha göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır".
Azvision.az -ın məlumatına görə, bunu prezident İlham Əliyev Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışından sonra məcburi köçkünlərlə görüşü zamanı deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan Prezident İlham Əliyev bir daha vurğuladı ki, ölkəmizin prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur. Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, həmçinin beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. “Tarixi ədalət də Azərbaycanın tərəfindədir”, - deyən dövlətimizin başçısı bildirdi ki, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır, həm də beynəlxalq hüquq bizim mövqeyimizin dəstəkləyir.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti