“Ölkə keyfiyyətsiz məhsul poliqonuna çevrilib” - Deputat

   “Ölkə keyfiyyətsiz məhsul poliqonuna çevrilib” -    Deputat
  05 Aprel 2019    Oxunub:3245
“Azərbaycanda problemlər qanunlarda deyil, onun praktikada tətbiqində problemlər var”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Standartlaşdırma haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib. Deputat bildirib ki, Azərbaycanda ikili tendensiya var.

“Bir tərəfdən müasir istehsal sahələri qurulur, digər tərəfdən ölkə daxilində, həm də xaricdən gətirilən keyfiyyətsiz məhsulların hesabına ölkə keyfiyyətsiz məhsul poliqonuna çevrilib. Xarici ölkədən gətirilən malların əksərriyəti keyfiyyətsizdir. Azərbaycana çox təhlükəli məhsulların gətirilməsinin qarşısı alınmalıdır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti