Köməksiz qalan 5 nəfər xilas edilib

Köməksiz qalan 5 nəfər xilas edilib
  05 Aprel 2019    Oxunub:1951
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 5 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qapının açılmasını təmin ediblər.

Əməliyyat başa çatıb.

Azvision.az



Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti