Novruz Məmmədov rusiyalı naziri qəbul edib
N. Məmmədov Bakıda keçirilən Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunun önəmini qeyd edib, D. Manturovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin iqtisadi əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.
Azərbaycana səfərindən, keçirdiyi görüşlərdən danışan rusiyalı nazir aparılan müzakirələrin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə təkan verəcəyinə inamını ifadə edib. D. Manturov deyib ki, Azərbaycanla Rusiya arasında mövcud olan konstruktiv yanaşmalar əlverişli biznes mühitinin formalaşmasında önəmli platforma rolunu oynayır.
Söhbət zamanı neft-kimiya, maşınqayırma, aviasiya, əczaçılıq sahələrində əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azvision.az
Teqlər: Nazirlər-Kabineti