NATO-ya qarşı yeni təhdidlər açıqlandı
“Biz yaranan yeni təhdidlərə adaptasiya olmalıyıq. Bu, istər Rusiyanın təcavüzü, qanunsuz miqrasiya, istərsə də enerji təhlükəsizliyinə qarşı kiberhücumlar, Çinlə strateji rəqabət və bizim kollektiv təhlükəsizliyimizi və insanların ideallarını təhdid edən “5G” texnologiyaları və digər problemlər ola bilər” – Pompeo vurğulayıb.
ABŞ dövlət katibi onu da bildirib ki, “İndi əhalinin (NATO ölkələrinin) müdafiə xərclərinin artırılmasını dəstəkləmədiyi barədə köhnə bəhanələri təkrarlamaq zamanı deyil. Biz insanlarımızı bu xərclərin artırılmasının zəruriliyinə inandırmalıyıq. Çünki bu, qarşımıza çıxan təhdidlərlə mübarizədə başlıca addımdır”.
Leyla Elbrusqızı
Azvision.az