"Əsgərlərin şəraiti yüksək səviyyədədir" - Nazir

   "Əsgərlərin şəraiti yüksək səviyyədədir" -    Nazir
  04 Aprel 2019    Oxunub:1577
“Bizim hərbi qulluqçuların yüksək səviyyədə xidmət etməsi üçün hər bir şərait yaradılıb. 2019-ci ilin sonuna qədər Azərbaycan Ordusunun hərbi hissələrinin 90 faizinin yenidənqurulması və bərpa işləri yekunlaşdırılacaq. Növbəti 1-2 ilə isə bunu 100 faizə çatdıracayıq”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov AzTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, dövlət bu iş üçün böyük vəsait ayırır və ciddi nəzarət edir.

"Biz hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraiti nümayiş etdiririk. Bəzən valideynlər bizə deyir ki, bizim evimizdə heç belə şərait yoxdur. Tam məsuliyyətlə deyirəm ki, Azərbaycan dövləti və xalqı ordusu üçün elə şərait yaradıb ki, dünyanın aparıcı dövlətlərində belə bir şərait yoxdur. Əsgərlərin şəraiti yüksək səviyyədədir. Hər bir hərbi hissənin yanında zabitlər üçün xidməti mənzillər tikilir. Hansı dövlətdə 20 ildən çox qüsursuz xidmət edən zabitə təmənnasız mənzil verilir? Azərbaycanda bu həyata keçirilir. Mindən çox hərbçi təmənnasız dövlətdən mənzil alıb".

Azvision.az



Teqlər: Nazir   Zakir-Həsənov  





Xəbər lenti