"Hücuma keçsəydilər, onunla İrəvanda görüşərdim" - Zakir Həsənovdan Tonayana cavab
" Ermənistanın müdafiə naziri David Tonayan Amerikaya niyə getmişdi? Pul dilənməyə getmişdi. Ondan əvvəlkilər gedəndə deyirdilər ki, bizə pul verin bel alacağıq, xəndək qazacağıq, yoxsa türklər üstümüzə gəlirlər. İndikilər isə belin qiymətindən daha çox pul dilənirlər ki, silah alıb Azərbaycan Ordusuna hücum etməyə cəhd göstərsinlər.
Ermənistanın nə iqtisadiyyatı, nə güclü ordusu, nə silahı, nə şəxsi heyəti, nə də ki, digər imkanı var. Ona görə də Ermənistan Azərbaycana hücum edə bilməz. Mən bunu eşidəndə deyirdim ki, nə olardı, Ermənistan ordusu hücuma keçərdi. O, boş-boş danışır və artıq erməni xalqı da onlara inanmır. Bunlar hamısı boş söhbətlərdir. Hücuma keçsəydilər, mən onunla İrəvanda görüşərdim. Lakin onların hücuma keçməyə imkanları yoxdur. Bütün imkanlarını yığsalar, aprelin dörd-beş qatı olacaq. Mən bunu arzulayıram və gözləyirəm" -deyə, nazir müsahibəsində bildirib.
Azvision.az
Teqlər: Zakir-Həsənov MN Cəbhə