General Elçin Quliyev məzunlarına sertifikatlar verdi - FOTOLAR

General Elçin Quliyev məzunlarına sertifikatlar verdi -    FOTOLAR
  04 Aprel 2019    Oxunub:7240
Dövlət Sərhəd Xidmətinin Akademiyasının akademik kurslarının növbəti məzunlarına sertifikatların verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
DXS-dan Azvision.az -a verilnən məlumata görə, dövlət himninin səslənməsi ilə başlayan mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu tədbirin Dahi Ön­dər Heydər Əliyevin əsasını qoyduğu milli sərhəd mühafizəsi strategiyasının Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçiril­məsinin növbəti təntənəsi olmasını qeyd edib.



Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali dəstəyi sayəsində Dövlət Sərhəd Xidmətində mükəmməl tədris sisteminin formalaşdırılması xüsusi vurğulanıb, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində, Akademiyasında və Akademik Kurs­larda 14 illik ümumi təhsil müddətində zabit heyətinin milli dövlətçiliyə sədaqət ruhunda tərbiyə edilmələri, peşəkar zabit və vətənpərvər vətəndaş kimi ye­tişdirilmələri, nəticə etibarilə Vətən hüdudlarının layiqli müdafiəçiləri kimi formalaşdırılmaları qeyd olunub.



Bu mükəmməl hərbi təhsil sisteminin əsasını təşkil edən Dövlət Sərhəd Xidmətinin Akademiyasının 2007-ci ilin 12 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yaradılması sayəsində ali hərbi təhsilli sərhədçi zabit kadrlarının, komandir və qərargah zabitlərinin, hərbi elmi işçilərin hazırlanması, dövlət sərhədlərinin mühafizəsi və hərbi iş sahəsində elmi tədqiqatların apa­rılması sahəsində önəmli nəticələrin əldə olunması, mükəmməl elmi-pedoqoji potensialın və maddi-texniki bazanın yaradılması qeyd olunub.



Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xa­nım Əliyevanın təşəbbüsü ilə əsaslı təmir edildikdən sonra ən müasir tədris bazası ilə təmin olunaraq Dövlət Sərhəd Xidmətinin balansına verilmiş Xüsusi Məktəbdə 7 il ərzində DSX Akademiyası üçün layiqli kursantların hazırlanması, Xüsusi Məktəbə daxil olmaq barədə müraciətlərin sayının ildən-ilə əhəmiyyətli dərəcədə artması, 2019-cu ildə 1 kursant yerinə 26 nəfər namizədin müraciət etməsi, bu rəqəmlərin sərhədçi peşəsinə olan böyük marağın göstəricisi olması bildirilib.



Akademik kursların bitirilməsinə həsr olunmuş təntənəli tədbirin Azər­bay­can hərb tarixinin zəfər günləri olan 2016-cı ilin aprel döyüşlərinin ildönü­münə təsadüf etməsi ilə əlaqədar Vətən uğrunda həyatlarını qurban vermiş hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş, həmin günlərdə düşmən təxribatının qarşısını alarkən Azərbaycan əsgərinin, çavuşunun, gizirinin, zabitinin qəhrəmanlığı , cəsarəti və rəşadəti sayəsində düşmənin alınmaz bildiyi döyüş mövqelərinin, qərargahlarının və hərbi hissələrinin dar­ma­dağın edilməsi nəticəsində Azərbaycanın hərbi qüdrətinin nümayiş etdi­ril­məsi, Azərbaycan sərhədçilərinin bu qələbənin əldə olunması­na oz ciddi töhfə­lərini vermələri, şəxsi heyətimizin Azərbaycan Respublika­sının Prezi­denti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında torpaqlarımızı işğaldan azad etmək üçün hər bir döyüş tapşırığının icrasına daima hazır olmaları xüsusi qeyd olunub.



Akademik kursları bitirmiş zabitlər Vətənə sədaqətlə xidmət edəcək­lərinə, onlara göstərilən etimadı nümunəvi xidmətləri ilə doğruldacaqlarına, dövlət sərhədlərimizin etibarlı mühafizəsini təmin etmək üçün bilik və baca­rıqlarını əsirgəməyəcəklərinə söz veriblər. Mərasim başa çatdıqdan sonra Ulu Öndər Heydər Əliyevin möhtəşəm abi­dəsi önündə xatirə şəkili çəkilib.



Azvision.az


Teqlər: DSX   Akademiya  





Xəbər lenti