Azərbaycan Aİ ilə Şərq Tərəfdaşlığı perspektivlərini müzakirə edəcək
Müzakirələrdə Azərbaycandan başqa 5 ölkə - Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan iştirak edəcək. Görüş zamanı Aİ və 6 tərəfdaş ölkəni təmsil edən nazirlər Şərq tərəfdaşlığının 2020-ci il üçün 20 praktiki nəticə adlı dəqiq fəaliyyət planını nəzərdən keçirəcəklər.
Toplantıda Venesuela və Əfqanıstandakı vəziyyət, eləcə də "beynəlxalq gündəmdə olan aktual məsələlər" də müzakirə ediləcək.
Şuranın növbəti toplantısı mayın 13-də Brüsseldə keçiriləcək.
2009-cu ildən etibarən icra olunmağa başlayan Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü, Avropa İttifaqı (Aİ), ona üzv ölkələr və onun altı şərq qonşusu (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan, və Ukrayna) arasında əlaqələri gücləndirməyə yönəlmiş birgə siyasi təşəbbüsdür.
Səbinə Həsənova
AzVision.az
Teqlər: