“Diqlas”dakı yanğınla bağlı yaradılmış komissiyanın ilk iclası keçirilib

   “Diqlas”dakı yanğınla bağlı yaradılmış komissiyanın ilk iclası keçirilib
  03 Aprel 2019    Oxunub:1929
Azərbaycan Respublikası Prezidentinin “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən yaradılmış Komissiyanın aprelin 3-də iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, iclasda hadisə ilə bağlı dövlətimizin başçısı tərəfindən verilmiş tapşırıqların ötən müddət ərzində icrası vəziyyətinə dair komissiya üzvlərinin məlumatları dinlənilib, yanğının fəsadlarının və sahibkarların üzləşdiyi problemlərin aradan qaldırılması üzrə görüləcək tədbirlərə dair geniş müzakirələr aparılıb.

İclasın gedişində Komissiyanın sədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən dövlətimizin başçısının müvafiq Sərəncamı ilə ayrılmış ilkin vəsait hesabına zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydasının artıq təsdiq olunduğu və növbəti təqvim günündən bu yardımların verilməsinə başlanılacağı vurğulanıb, hər bir sahibkara dəymiş ziyanın həcminin qısa müddətdə müəyyənləşdirilməsinə, yanğının səbəblərinin araşdırılması və oxşar halların digər ticarət və ictimai obyektlərdə baş verməməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsinə, eləcə də hadisə ilə bağlı digər zəruri işlərin davam etdirilməsinə dair komissiya üzvlərinə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Azvision.az



Teqlər: Diqlas  





Xəbər lenti