Milli Şura və Musavatın mitinq müraciətinə cavab verildi

Milli Şura və Musavatın mitinq müraciətinə cavab verildi
  03 Aprel 2019    Oxunub:2483
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb.
Azvision.az -ın məlumatına görə, BŞİH-də müraciətə baxılıb və Müsavat Partiyasının aprelin 7-də, saat 15:00-da İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətini də cavablandırıb. BŞİH-də müraciətə baxılıb və Milli Şuranın aprelin 6-sı saat 15:00-dan 17:00-dək İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Azvision.az



Teqlər: BŞİH  





Xəbər lenti