Əvvəl fəhlə, sonra nazir, indi isə rektor - Heydər Əsədovun dosyesi

Əvvəl fəhlə, sonra nazir, indi isə rektor -  Heydər Əsədovun dosyesi
  03 Aprel 2019    Oxunub:15833
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektoru təyin edib.

Azvision.az -ın məlumatına görə, dövlət başçısının imzaladığı sərəncama əsasən, Heydər Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsinə təyinat alıb.
H.Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini, 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışmışdır. 1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləmiş, 1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb. 1992-1995-ci illərdə Türkiyənin Mərmərə Universitetinin doktorantı olub.



1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifələrində çalışıb.

H.Əsədov prezidentin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib. 2018-ci ilin aprelin ayında isə vəzifəsindən azad olunub.

O, 2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir. Ailəlidir. Üç övladı var.



Azvision.az


Teqlər: Heydər-Əsədov   Rektor  





Xəbər lenti