Məhkəmələrdə 70 iş üzrə bəraət hökmü çıxarılıb
Ötən il birinci instansiya məhkəmələrinin iclaslarında yekun qərar qəbul edilmiş işlərin sayı 11 817 olub. 10 025 iş üzrə ittiham hökmü, 70 iş üzrə bəraət hökmü çıxarılıb, 1677 iş üzrə icraata xitam verilib. Birinci instansiya məhkəmələrinin iclaslarında işlərinə baxılmış şəxslərin sayı isə 14 126 olub.
Aytən Zəhra
Azvision.az
Teqlər: Statistika Məhkəmə