Səhiyyə naziri gənclərlə bağlı əmr imzaladı

Səhiyyə naziri gənclərlə bağlı əmr imzaladı
  03 Aprel 2019    Oxunub:2211
Səhiyyə naziri Oqtay Şirəliyev “Gənclərin səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilməsi barədə” əmr imzalayıb.
Azvision.az -ın məlumatına görə, əmrdə bildirilib ki, "Könüllü fəaliyyət haqqında" qanuna əsasən, Səhiyyə Nazirliyində gənclərin könüllü fəaliyyəti təşkil olunacaq.

Könüllü fəaliyyətə cəlb olunan gənclərlə sistemli işin təşkili məqsədilə könüllülərlə iş üzrə koordinatorlar təyin ediləcək. Eyni zamanda, könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilən şəxslərlə müqavilə bağlanılacaq.

Səhiyyə Nazirliyinin Aparatında, Bakı Şəhər Baş Səhiyyə İdarəsində və Azərbaycan Tibb Universitetində könüllü fəaliyyət üçün müəyyən edilən say həddi barədə təkliflər hazırlanacaq.

Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi   Əmr   Oqtay-Şirəliyev  





Xəbər lenti