Nazirliyə məxsus binada yanğın olub - Yenilənib

 Nazirliyə məxsus binada yanğın olub -  Yenilənib
  03 Aprel 2019    Oxunub:3520
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə saat 08:10 dəqiqədə Bakı şəhərinin Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 142 ünvanında yanğın olması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 08:15 dəqidədə yanğın yerinə çatıb.

Yanğın nəticəsində Mədəniyyət Nazirliyinə məxsus ümumi sahəsi 378 m2 olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yerləşdiyi üçmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 m2 sahədə, digər otağın və dəhlizin tavanı 20 m2 sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 08:32 dəqiqədə söndürülüb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

***
Bu gün səhər saatlarında Bakı şəhərinin Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yanğın baş verib.

Azvision.az -ın məlumatına görə, yanğın olan 3 mərtəbəli bina Mədəniyyət Nazirliyinin tabeliyindədir. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və qısa zamanda yanğının qarşısı alınıb.

Azvision.az



Teqlər: Yanğın   Bakı  





Xəbər lenti