Azərbaycanın Avstriyaya yeni fəxri konsulu təyin edilib

   Azərbaycanın Avstriyaya yeni fəxri konsulu təyin edilib
  01 Aprel 2019    Oxunub:3160
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avstriyaya yeni təyin olunmuş fəxri konsulu Mixael Haynritsi qəbul edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, E.Məmmədyarov Mixael Haynritsi Avstriyanın Zalsburq, Tirol və Forarlberq federal vilayətlərini əhatə etməklə Zalsburq şəhərində Azərbaycanın fəxri konsulu qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya son işgüzar səfərinə toxunan nazir səfər çərçivəsində çox faydalı görüşlərin keçirildiyini diqqətə çatdırıb.

Öz növbəsində, Azərbaycanı təmsil etməkdən məmnun olduğunu bildirən M.Haynrits Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi məqsədilə, xüsusilə də qeyri-neft sektorunda əməkdaşlığın təşviq edilməsi istiqamətində davamlı fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

Fəxri konsul fəaliyyəti dövründə iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Azvision.az



Teqlər: Avstriya   Konsul   XİN  





Xəbər lenti