General Şamaxıda vətəndaşları qəbul edəcək

  01 Aprel 2019    Oxunub : 974
General Şamaxıda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov aprelin 17-də saat 10:00-da Şamaxı şəhərində Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Azvision.az -a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların aprelin 16-dək qurumun adları həmin rayonların şöbə və bölmələrinə müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Azvision.az

Teqlər: General   Qəbul