“ASAN xidmət”ə 28 milyonuncu müraciət - FOTO
28 milyonuncu müraciətin sahibi kimi Elida Ağasiyeva təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.
Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: ASAN-Xidmət