İşədüzəltmə adı ilə 211 nəfəri aldadan qrup tutuldu
Polis əməkdaşları tərəfindən təxirəsalınmadan həyata keçirilmiş tədbirlərlə qeyd olunan cinayətin Bakı şəhər sakini Məcid Məcidovunun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədilməsi müəyyən edilib. O, həmçinin, cinayətkar dəstənin digər üzvləri - paytaxt sakinləri Elvin Məhərrəmov və Ceyhun Qələbəyov polis tərəfindən saxlanılıb və onlara ittiham elan olunub.
Bakı şəhər Baş Polis İdarəsində aparılan istintaq prosesində hələlik 211 nəfər zərərçəkmiş şəxs qismində tanınmış və hazırda onlara dəymiş maddi ziyanın ödətdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bir daha vətəndaşlara müraciət edərək belə şirnikləndirici və ya şübhəli təkliflərlə, elanlarla rastlaşdıqları zaman bu barədə ilk növbədə hüquq-mühafizə, o cümlədən ərazi polis orqanlarına, Daxili İşlər Naziliyinin “102-Zəng Mərkəzi” Xidmətinə məlumat vermələri tövsiyə edilir.
Azvision.az
Teqlər: