Bir ayda 463 partlamamış hərbi sursat zərərsizləşdirilib - FOTOLAR
Martda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən iki, Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətindən iyirmi, DİN-in rayon-polis şöbələrindən üç, Dövlət Sərhəd Xidmətindən iki müraciət daxil olub. Müraciətlər əsasında 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Xızı, Qazax, Şamaxı, Tərtər, Tovuz, Yevlax rayonlarında, Bakı, Sumqayıt və Naftalan şəhərlərində 71 min 640 kvadratmetr ərazi yoxlanılıb.
331 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə 8 və tank əleyhinə 2 mina aşkarlanıb. Həmin sursat yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib. Ötən ay mina və partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.
Azvision.az